UEFA Avropa Liqasının final mərhələsində "Atletiko"ya (Madrid) uduzan "Atletik"in (Bilbao) qapıçısı Qorka İraizos oyundan sonra təsəlli verici açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, "Mançester Yunayted" və "Şalke" kimi klubları məğlub edərək finala yüksələn lakin həlledici görüşdə istənilən oyunu ortaya qoymayan "Atletikin" qolkiperi bunu belə izah edib: "Qarşıda may ayının 25-də "Barselona" ilə "kral" kubokunun final oyunu var. Biz o oyuna daha çox kökləndiyimiz üçün finalda məğlub olduq. Ancaq ölkə kubokunu əlimizdən qaçıra bilmərik. Ən azından bu sevinci azarkeşlərimizə yaşatmalıyıq."