“Atletik”in müdafiəçisi Mikel San Xose Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları Bakı “İnter”i ilə oyun haqda danışıb.
Korner.az-ın məlumatına görə, 26 yaşlı futbolçu “İnter”in çətin rəqib olduğunu bildirib:
“İnter” çətin rəqibdir. Onlar daha öncə bizim kimi komanda ilə qarşılaşmayılar. “İnter” hələ Bilbaoya uyğunlaşmağa çalışacaq. Biz də öz növbəmizdə intensiv olaraq məşqlərimizi davam etdiririk. Onlara qarşı öz oyunumuzu nümayiş etdirməliyik. Məşqçilərin və azarkeşlərin dəstəyi sayəsində ilk oyundan qalib ayrılmağa çalışacağıq”.
