“Atletik”dən “Liverpul”a keçir
24.06.2024 , 12:00

“Atletik”in futbolçusu Niko Uilyams klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, onunla “Liverpul”un yaxından maraqlandığı bildirilir.
Mersisayd təmsilçisinin yaxın zamanda hücumçu üçün rəsmi təklif göndərəcəyi gözlənilir.
Uilyams ötən mövsüm “Atletik”in heyətində 31 matçda iştirak edib, 5 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
