“Atletik”dən “Atletiko”ya?
04.04.2025 , 15:45

“Atletik”in qapıçısı Unay Simon klubunu dəyişməyə yaxındır.
Korner.az xəbər verir ki, 27 yaşlı qolkiperlə “Atletiko” yaxından maraqlanır.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, Madrid klubunun onu Yan Oblakın əvəzləyicisi olaraq gördüyü diqqətə çatdırılıb.
Unay Simonun klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2029-cu ilə qədərdir.
