“Atletik”də yeni müqavilə
01.07.2023 , 14:19

“Atletik” futbolçusu Raul Qarsiya ilə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2024-cü ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qarsiya 2015-ci ildə “Atletiko”dan “Atletik”ə keçib.
İspan futbolçu ötən mövsüm La Liqada 35 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
