İspaniya Superkubokunda final matçının cavab qarşılaşmasında “Barselona” doğma meydanda “Atletik”i (Bilbao) qəbul edib.
Korner.az xəbər verir ki, ilk matçda 4:0 hesabı ilə məğlub olan kataloniyalılar bu matçda möcüzəni həyata keçirə bilməyib.
İki matçın nəticəsinə görə “Atletik” 5:1 hesabı ilə qalib gələrək Superkubokun sahibi olub.
