Avropa Liqasının III təsnifat mərhələsində təmsilçimiz “İnter”in rəqibi olan İspaniyanın “Atletik” klubu yoxlama oyunu keçirib.
Korner.az-ın məlumatına görə, Bilbao təmsilçisi “Osasuna” ilə qarşılaşıb. Oyun ev sahibi komanda – “Osasuna”nın 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “İnter”lə “Atletik” arasındakı Avropa Liqası III tur cavab qarşılaşması avqustun 6-da Bakıda “İnter Arena”da oynanılacaq. Görüş saat 21:00-da başlayacaq.
