İspaniya La Liqasının 36-cı turunda “Alaves” “Atletik”i (Bilbao) qəbul edib.
Korner.az-ın məlumatına görə, meydan sahibləri 1-0 hesablı qələbə qazanıb.
Qollar:
“Alaves”: Teo Hernandez 53.
“Atletik”: –
Bu nəticədən sonra “Atletik” 62 xalla 6-cı sıradadır. “Alaves” isə 52 xalla müvəqqəti olaraq 9-cu sıraya yüksəlib.
