Bu gün keçiriləcək "Barselona" – "Atletik" oyununa meydan sahibləri ciddi itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandanın braziliyalı müafiəçisi Daniel Alveş axşam meydana çıxa bilməyəcək. "Sambaçı" məşqdə sol dizindən xəsarət alıb. Bundan başqa Duqlas, Vermalen və Bartra da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
