“Atletik”ə qayıtmaq istəyirəm – “Tottenhem”in forvardı
13.12.2018 , 15:32

“Tottenhem”in futbolçusu Fernando Llorente karyerasını İspaniyada davam etdirə bilər.
33 yaşlı forvard bu barədə İspaniyanın “Mundo Deportivo” nəşrinə açıqlamasında deyib:
“İmkan olsa, yenidən “Atletik”ə qayıtmaq istəyirəm. Lakin onlardan hələ bir təklif almamışam. Hazırda La Liqada yaxşı günlər keçirmirlər, ancaq mən onlara inanıram. “Atletik” daha da yaxşı olacaq”.
“Atletik”in yetirməsi olan Llorente, 2013-cü ildə “Yuventus”a trasfer edilib. Daha sonra “Sevilya”, “Suonsi” kimi klublarda forma geyinən ispan forvard, 2017-ci ildən “Tottenhem”də çıxış edir.
O, cari mövsümdə 7 qarşılaşmada iştirak edib və 1 qol vurub. Llorente 24 dəfə də İspaniya millisinin şərəfini qoruyub.
