İspaniya Primerosunun 12-ci turu cari çempion “Atletico Madrid” üçün uğurlu alınıb.
“Vicente Calderon”da “Malaga”nı qəbul edən madridlilər qələbəyə seviniblər.
Korner.az-ın məlumatına əsasən, “Atletiko Madrid”in 3 qoluna Andalusia təmsilçisi cəmi 1 dəfə cavab verib. Tiyaqo Mendeş, Qrizmann və Diyeqo Qodin doğma publika önündə fərqlənən futbolçular olub. 64-cü dəqiqədə Santa-Kruz “Malaga”nın təsəlli qolunu vurub.
Atletico Madrid – Malaga 3:1
Mendeş (12), Qrizamnn (42), Qodin (83)
Santa-Kruz (64)
Bu nəticədən sonra xallarını 26-ya çatdıran “Atletico” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
