“Suonsi” klubunun üzvü Federiko Fernandez komadasına növbəti iki oyun kömək edə bilməyəcək. Buna səbəb argentinalı oyunçunun atasının vəfat etməsi olub.
Bu barədə “Suonsi”nin baş məşqçisi Pol Klement məlumat verib. Hadisə ilə əlaqədar oyunçu vətəninə səfər edib. Komandanın son məşqlərinə qatılmayan futbolçu şənbə günü oynanan “Bornmut”la matçda (0:0) çıxış etməyib.
Fernandez “Çelsi” və “Stok Siti” ilə oynanılacaq oyunda da iştirak etməyəcək
