Sabah Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” Albaniyanın “Skenderbeu” klubu ilə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” ayın 17-də saat 21:00-da “Bakcell Arena”da qələbə qazanmağa çalışacaq.
Maraqlıdır ki, bu tarixdə “Neftçi” iki dəfə qitənin ən nüfuzlu klub turnirinin oyununa çıxıb. Paytaxt klubu hər iki görüşdə qələbə qazanıb. 17 il bundan öncə “flaqman” Bolqarıstan “Lokomotivi”ni, keçən il isə Gürcüstan “Zestafoni”sini yenib.
