“Atalanta”nın futbolçusu 2 klubun hədəfində
24.04.2024 , 19:21

“Atalanta”nın oyunçusu Aleksey Mirançuk iki klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, futbolçu ilə “Torino” və “Fiorentina” klubları maraqlanır.
“Atalanta”nın özü də Mirançuku satmağı fikirləşir.
Cari mövsüm İtaliya A Seriyasında 21 matça çıxan Aleksey 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
