“Atalanta”nı İngiltərə klubuna dəyişir
16.04.2025 , 15:27

“Atalanta”nın futbolçusu Ederson karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin xidmətində “Mançester Yunayted” və “Mançester Siti” klubları maraqlıdır.
Hər iki Premyer Liqa təmsilçisi oyunçunu yayda transfer etmək üçün İtaliya klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
Ederson 2022-ci ilin yayından “Atalanta”da çıxış edir.
