“Atalanta”dan yeni transfer
02.08.2021 , 17:32
“Atalanta” yeni transferini açıqlayıb.
Korner.az xəbər verir ki, Berqamo təmsilçisi “Verona”nın müdafiəçisi Matteo Lovatonu transfer edib.
Bu keçid “Atalanta”ya 8+3 milyon avroya başa gəlib. Onunla 5 illik müqavilə imzalanıb.
21 yaşlı italiyalı mərkəz müdafiəçisi 2020-ci ildə “Pedova”dan “Verona”ya 1 milyon avroya keçmişdi.