“Atalanta”dan yeni transfer
22.09.2020 , 19:17

“Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Berqamo təmsilçisi PSV-dən Sem Lammersi transfer edib. Bu barədə “Atalanta”nın mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
