“Atalanta”dan “Qalatasaray”a?
29.10.2024 , 13:57

“Atalanta”nın yarımmüdafiəçisi Mario Paşaliç klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, o, karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Xorvatiyalı futbolçunun xidmətində “Qalatasaray” maraqlıdır.
İstanbul təmsilçisi 29 yaşlı oyunçu üçün artıq “Atalanta”ya rəsmi təklif göndərib.
Tərəflər arasında razılaşma əldə olunarsa, keçidin yaxın zamanda baş tutacağı gözlənilir.
