“Atalanta”dan gedir
27.12.2023 , 23:37

“Atalanta”nın futbolçusu Corco Skalvini komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirmək fikrindədir.
20 yaşlı müdafiəçi ilə “Mançester Yunayted” maraqlanır.
Tərəflər arasında razılaşma olduğu halda qış fasiləsində transferin baş tutacağı gözlənilir.
