“Atalanta”dan ayrıla bilər
30.06.2025 , 13:55

“Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, nigeriyalı futbolçunun xidnətinsə “Arsenal” və “Liverpul”un maraqlı olduğu iddia olunub.
İtaliya klubu oyunçunun satışından 45-50 milyon avro gəlir əldə etmək istəyir.
”Atalanta” Lukman üçün yaxşı təklif gələrsə, onun komandadan ayrılmasına mane olmayacaqlar.
