“Atalanta”da yeni futbolçu
23.01.2020 , 20:31

“Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Berqamo təmsilçisi “Herakles”dən Lennart Çiborranı transfer edib. 20 yaşlı müdafiəçi ilə 2024-cü ilə qədər olan müqavilə imzalanıb.
Niderlandın “Herakles” klubunda forma geyinən Lennart, bu mövsüm Erediviziyada 19 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
