“Atalanta” “Yuventus”un futbolçusunu transfer etdi
01.07.2020 , 17:50

“Atalanta” heyətini yeni futbolçuyla gücləndirib.
Korner.az xəbər verir ki, Berqamo təmsilçisi “Yuventus”dan Simone Muratoreni transfer edib.
22 yaşlı müdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
“Atalanta” bu keçid üçün 7 milyon avro ödəyib.
