“Atalanta” “Latsio” matça itki ilə çıxacaq
12.02.2026 , 22:45
İtaliya A Seriyasında çıxış edən “Atalanta” aparıcı futbolçusunu itirib.
Korner.az xəbər verir ki, Şarl De Ketelare məşq zamanı zədələnib və fevralın 14-də “Latsio” ilə matçı buraxacaq.
De Ketelarenin nə vaxt geri dönəcəyi hələ məlum deyil. Belçikalı hücumçu 2023-cü ildən “Atalanta”da çıxış edir və komandada əsas fiqurlardan biridir.
Hazırda Berqamo təmsilçisi çempionatda 7-ci pillədə qərarlaşıb.