“Atalanta” İvan Yuriçlə yollarını ayırdı
11.11.2025 , 10:00
“Atalanta” baş məşqçi İvan Yuriçlə əməkdaşlığa son qoyub.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı mütəxəssis 2025-ci ilin iyununda Berqamo təmsilçisinin sükanı arxasına gətirilmişdi. Klub rəhbərliyi uğursuz nəticələr və Yuriçin komanda daxilində futbolçularla münasibətlərində yaranan problemləri əsas gətirərək onunla müqaviləni dayandırıb.
Hazırda “Atalanta” A Seriyasının turnir cədvəlində 13 xalla 13-cü pillədə qərarlaşıb.