“Atalanta” “Fənərbağça”dan transfer edir
19.08.2024 , 10:30

Transfer pəncərəsi bitməmiş müdafiə xəttini gücləndirmək istəyən “Atalanta” gözünü “Fənərbağça”nın ulduzuna dikib.
Korner.az xəbər verir ki, İtaliya komandası Super Liqa klubunun müdafiəçisi Rodriqo Bekaonu heyətinə qatmaq istəyir.
Cəlbedici təklif gələrsə, “Fənərbağça” futbolçunu buraxacaq.
“Atalanta” isə öz növbəsində futbolçu üçün transfer təmaslarını sürətləndirib.
“Fənərbağça”nın “Udineze”dən 8,3 milyon avroya transfer etdiyi braziliyalı müdafiəçi 23 matçda meydana çıxıb və bir qola sevinib.
Mina Musayeva
