“Atalanta” darmadağınla növbəti mərhələdə
19.12.2024 , 10:00
“Atalanta” İtaliya kubokunda 1/4 finala yüksəlib.
Korner.az-ın məlumatına görə, komanda 1/8 final mərhələsində öz meydanında “Çezena”nı qəbul edib.
Berqamo təmsilçisi qonaqları darmadağın edib – 6:1
Bununla da “Atalanta” növbəti mərhələyə adlayıb. Komandanın bu mərhələdəki rəqibi isə “Bolonya” olacaq.