Ata və oğul koronavirusa yoluxdu
22.03.2020 , 17:54

“Milan”ın futbol direktoru Paolo Maldinidə koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda əfsanəvi futbolçu ilə yanaşı, onun oğlu Daniel Maldininin də koronavirusa yoluxduğu açıqlanıb.
Onlardan götürülən koronavirus testlərinin nəticəsi pozitiv çıxıb.
