Avropa Liqasının II təsnifat mərhələsində bu gün keçiriləcək “Astra” – “Zirə” oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, qarşılaşma “CBC Sport” kanalında birbaşa nümayiş etdiriləcək. Bu barədə kanalın rəsmi Feysbuk səhifəsi xəbər yayıb.
Rumıniyada keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
