“Aston Villa”dan yeni transfer
21.01.2025 , 19:22

“Aston Villa” heyətini yeni müdafiəçi ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Levante”dən Andres Qarsiyanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Bu transfer “Aston Villa”ya 7 milyon avroya başa gəlib.
