“Aston Villa”dan yeni transfer
12.07.2023 , 22:39

“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi “Vilyarreal”dan müdafiəçi Pau Torresi transfer edib.
Klubun yaydığı açıqlamada onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
İngiltərə mətbuatında yer alan xəbərlərdə isə transferin 33 milyon lirəyə tamamlandığı, Torresin klub tarixinin ən bahalı ikinci oyunçusu olduğu bildirilib.
Mina Musayeva
