“Aston Villa”dan gənc braziliyalı hücumçu transferi
02.01.2026 , 11:59
İngiltərənin “Aston Villa” klubu heyətinə perspektivli hücumçu qatıb.
Korner.az xəbər verir ki, Birmingem təmsilçisi Braziliyanın “Qremio” klubunda çıxış edən Alissonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı vingerlə rəsmi müqavilə bağlanıb.