“Aston Villa”dan “Fənərbağça”ya?
20.01.2025 , 17:30

“Aston Villa”nın müdafiəçisi Dieqo Karlos “Fənərbağça”ya keçir.
Korner.az xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi bu axşam İstanbula uçacaq.
Transfer məbləği 10 milyon avrodan çox olacaq.
Dieqo Karlos 2022-ci ilin iyulunda “Sevilya”dan “Aston Villa”ya keçib.
