“Aston Villa”dan Braziliya klubuna
10.07.2024 , 23:00

Filipe Koutinyonun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bundan sonra “Vasko da Qama”da çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Filipe Koutinyo ötən mövsümü Qətərin “Əl-Duhail” klubunda icarədə olub.
