İngiltərənin “Aston Villa” komandası 124 gün öncə baş məşqçi kimi təyin etdiyi Roberto di Matteonu vəzifəsindən azad edib.
Korner.az-ın məlumatına görə, buna səbəb uğursuz nəticədi.
50 milyon funt sterlinqə yaxın məbləğdə transferlərə pul xərcləyən klub rəhbərliyi bunun qarşılığında 11 tur ərzində cəmi 1 qələbə qazanıb və Çempionşipdə 19-cu pillədə qərarlaşıb.
Hazırda müvəqqəti olaraq klubun baş məşqçisi vəzifəsini Stiv Klark yerinə yetirir.
