“Aston Villa” evdə “Mançester Yunayted”i məğlub etdi – Video
22.12.2025 , 14:45
İngiltərə Premyer Liqasında XVII turun oyunları davam edir.
Korner.az xəbər verir ki, ev sahibi “Aston Villa” “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edib.
Matçda qollar M. Rogers (45, 57) və M. Kunha (45+7) tərəfindən vurulub.
Turnir cədvəlində “Aston Villa” 36 xalla 3-cü, “Mançester Yunayted” isə 26 xalla 7-ci yerdədir.