“Aston Villa” Emeri ilə müqavilə yenilədi – Rəsmi
27.05.2024 , 20:56

“Aston Villa” baş məşqçi Unai Emeri ilə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Məlumatda, Emerinin müqaviləsinin 2029-cu ilə qədər uzadıldığı bildirilib.
2022-ci ildən komandanın başında olan 52 yaşlı ispan çalışdırıcı “Aston Villa” ilə ümumilikdə 83 matçda 44 qələbə, 16 heç-heçə və 23 məğlubiyyətlə hər matçda orta hesabla 1,78 xal toplayıb.
Unai Emeri karyerası ərzində ümumilikdə 11 kubok qazanmağı bacarıb, onlardan 4-ü UEFA Avropa Liqası olub.
