Avropa liqası

“Asteras” “İnter”lə oyuna gəlir

17.07.2012 , 09:20

"İnter"in Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Yunanıstanın “Asteras” klubu bu gün Bakıya gəlir. Korner.az-ın məlumatına görə, komanda oyundan əvvəl son məşqini sabah matçın oynanılacağı “Dalğa Arena”da keçəcək.

Yunanıstan klubunun Bakıya gələcək heyəti də açıqlanıb. Belə ki, Tripolis təmsilçisi paytaxtımıza 18 futbolçu ilə gəlir.

Bunlar Kristos Pipinis, Xuanito, Lautaro Formika, Emanuel Perrone, Anxel Sarantopulos, Ruben Serna Rayo, Savvas Tsaburis, Leandro Alvares, Tasos Bakasetas, Nikos Anastasopulos, Con Ntiniotakis, Sebastyan Bartolini, Tsimas Navarro, Hegon, Mixael Fraqulakis, George Bantis, George Georgakopulos, Dimitris Kurbelisdir.

Qeyd edək ki, “İnter” – “Asteras” oyunu iyulun 19-da “Dalğa Arena”da baş tutacaq. Cavab matçı bir həftə sonra Yunanıstanda oynanılacaq.

Son yazılar

Yuxarı