“Astana”nın yeni baş məşqçisi məlum oldu
16.10.2020 , 16:34

“Astana”nın yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Qazaxıstan klubu rusiyalı Andrey Tixonova tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Tixonov son olaraq 2017/18 mövsümündə “Krılya Sovetov”u çalışdırıb.
