“Astana” Qriqorçuku göndərdi – RƏSMİ
13.01.2020 , 17:32

Qazaxıstanın “Astana” klubu baş məşqçisi Roman Qriqorçukla yolları ayırıb.
Korner.az xəbər verir ki, mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Onunla yanaşı, köməkçiləri – Mixail Savka, Anatoli Korotya və Andrey Qluşenko da paytaxt təmsilçisini tərk edib.
Xatırladaq ki, Qriqorçuk 2014-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.
