Assan Uedraoqo Avropanın aparıcı klublarının diqqətində
28.11.2025 , 21:45
“Leyptsiq”in 19 yaşlı yarımmüdafiəçisi Assan Uedraoqo bu mövsümki çıxışı ilə Avropanın bir sıra aparıcı klublarının maraq dairəsinə düşüb.
Korner.az xəbər verir ki, Uedraoqonu “Liverpul”, “Arsenal” və “Barselona” yaxından izləyir. “Bayern” onu gənclik akademiyasından bəri diqqətdə saxlayır, son günlər isə maraqlananlar sırasına “Mançester Yunayted” və “Çelsi” də əlavə olunub.
“Leyptsiq” perspektivli oyunçusunu 100 milyon avro qiymətləndirir. Bu mövsüm Bundesliqada Uedraoqo 11 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.