Transfer pəncərəsi dövründə “Kəpəz” daha 2 legioner futbolçu ilə güclənib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, onların hər ikisi türkmənistanlıdır.
26 yaşlı Pirkuli Saparov yarımmüdafiəçidir. O, Aşqabadın “Altın Asır” klubunun yetirməsidir. Raximberdı Baltayev isə ölkəsinin “Aşqabad” komandasından dəvət olunub. O, ampluaca sol cinah müdafiəçisidir. 27 yaşlı Baltayev Türkmənistanın əsas yığmasının da formasını geyinib.
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov razılığını verdikdən sonra futbolçularla mövsümün sonuna kimi müqavilə bağlanılıb.