big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Aslan Şahgəldiyev: “Bizim kubokun finalının açılış mərasimi UEFA Superkubokundan 3 dəfə yaxşı keçirilir” (MÜSAHİBƏ – I HİSSƏ)

15.08.2015 , 09:45

Peşəkar Futbol Liqası nın (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin Korner.az-a müsahibəsi.

– Bu mövsüm 2 klubumuz Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləməyi bacarıb. “Qarabağ” və “Qəbələ”nin bu mərhələdəki şanslarını necə dəyərləndirərsiz?
– Bu mərhələni keçən komanda Avropa Liqasının qrup mərhələsinə düşəcək. Deyərdim ki, oyun baxımından rəqiblər bizdən güclüdür. Pley-ofda, ümumiyyətlə, zəif komanda olmur. Futbol mübarizə və sürpriz oyunudur. Burda istənilən nəticə qeydə alına bilər. Əlimizdən gələni edib, qrup mərhələsinə düşmək lazımdır. Həm “Qarabağ”, həm də “Qəbələ”nin şansları var. Demək olmaz ki, bu 2 klub bir-birini ciddi şəkildə üstələyir. Bunu çempionatın ilk turu da göstərdi. “Qəbələ” ilə “Qarabağ”, demək olar ki, 2 bərabər güclü komandadır. Düzdür, müəyyən mənada səviyyə baxımından fərqlənilər, amma qrup mərhələsinə düşmək missiyası hər ikisi üçün çətin olacaq. Burda rəqiblərin səviyyəsindən də çox şey asılıdır. Mübarizə apararaq, istənilən şeyə nail olmaq olar. 

– Ümumiyyətlə, klublarımızın bu mövsüm avrokuboklardakı çıxışını necə dəyərləndirirsiz? Sizcə, uğurların artmasında PFL-in nə dərəcədə rolu var?
– Normal dəyərləndirirəm. Düzdür, “Neftçi” ilk mərhələdəcə mübarizəni dayandırdı. Özünüz də gördüz ki, komandanın təcrübəsi çatmadı. Oyunun sonlarında (“Mladost”la 1-1 hesabı ilə başa çatmış görüşü nəzərdə tutur- Ü.M) qapılarında qol gördülər ki, bu da sırf təcrübəsizliklə bağlı idi. Komandada bir çox islahatlar aparılmış, gənclərə .şans verilmişdi. Amma oyun baxımından rəqibindən heç də geri qalmadı. “İnter” də yaxşı çıxış etdi, sadəcə, “Atletik” (Bilbao) kimi komandaya məğlub olaraq çıxışını dayandırdı, hətta Bakıda heç-heçə etməyi də bacardılar. Klub tarixində ilk dəfə  Avropa Liqasının III təsnifat mərhələsinə qədər irəlilədi. “Qəbələ” ilə “Qarabağ” isə Avroliqada pley-off qədər gəliblər. Bu uğurlarda PFL-in nə dərəcədə rolu var deyəndə ki… Həmişə demişik, avrokuboklar çempionatın güzgüsüdür.  Sadəcə olaraq, klublarımız bir neçə il əvvəl qitəmiqyaslı turnirlərdə uğursuz çıxış edəndə,mətbuat nümayəndələri, sizin də həmkarlarınız “Azərbaycan klubları avrokuboklarda uğurlu çıxış edə bilmirlər”, “PFL-in keçirdiyi çempionatın səviyyəsi budur” kimi fikirlər səsləndirirdilər.Əgər klublarımız uğursuz çıxış edəndə bu PFL-in günahı idisə, hardasa uğurlu çıxış edəndə də, bu qurumun payını axtarmağa dəyər. Yox, əgər uğursuz çıxış etmələri PFL-in ucbatından deyilsə, onda builki uğurun bu quruma aidiyyəti yoxdur. Pis olanda bizdə görürlər, yaxşı olanda bizə aid etmirlərsə, bu da düzgün deyil. (gülür) 

– Bir neçə gün öncə Gürcüstanın paytaxtı Tbilisi şəhərində olmusuz və UEFA Superkubokunun finalını – “Barselona”-“Sevilya” matçını yerində izləmisiz…
– Yetərincə bol qollu oyun oldu. Bütün futbol azarkeşləri belə deyir ki, oyunun gözəlliyi qoldur. Bu bütün qarşılaşmalarda belədir. İndi təsəvvür edin, bir oyunda 9 qol varsa, hər şey göz qabağındadır. Maraqlı və gözəgəlimli oyun idi. Məndə isə heç bir həyəcan olmadı, tamaşaya baxan kimi baxdım. Sadəcə olaraq, afişası maraqlı idi və biz də gedib, baxdıq. Qeyri-adi heç nə yox idi.

– Matçı azarkeş kimi izlədiz, yoxsa müəyyən qeydlər, müşahidələr apardız? Ordakı hansı yeniliklər gələcəkdə Azərbaycan çempionatında da tətbiq oluna bilər?
– Mən, ümumiyyətlə, bütün oyunlarda, böyük tədbirlərdə olanda müəyyən qeydlər aparıram. Hansı ki, bizim işimizə yaraya bilər. Burda təkcə oyuna yox, açılış mərasimindən tutmuş, medalların təqdim olunmasına qədər hər şeyi izlədim və özümə lazım olan qeydləri apardım. Təkcə bu oyunda yox, getdiyim bütün seminarlarda bu məsələni diqqətdə saxlayıram. Mən orda olduğum müddətdə, Superkubokun təşkilində elə bir yenilik görmədim.Tam səmimi deyirəm, bizim kubokun finalının açılış mərasimi ondan ən azı 3 dəfə yaxşı keçirilir.(gülür.) Açılış mərasimi həddindən artıq sadə idi. Fərqli bir şey görmədim.

– Topaz Premyer Liqasında da növbəti mövsüm start götürdü. Geridə qalan ilk tur barədə təəssüratlarınızı öyrənə bilərik?
– İlk tur, həqiqətən də, maraqlı keçdi. Çox sürprizlər və gözlənilməz nəticələr oldu. İlk dəfə yayım başqa televiziya tərəfindən və fərqli şəkildə keçirildi. Çox güman ki, özünüz də canlı şəkildə izləmisiz. Komandalar təlim-məşq toplanışından yeni qayıdıblar, buna görə də oyun baxımından adətən ilk turlar zəif keçir, bir də ki, futbolçular fiziki cəhətdən yüklənirlər deyə baxımlı oyun göstərmirlər. Açığı, çempionatın ilk turu yaxşı mənada məni təəccübləndirdi. “Neftçi”- “Kəpəz” qarşılaşmasını stadiondan izlədik. Bazar ertəsi isə Gürcüstana yollandığımızdan, digər görüşlərə baxa bilmədik. “Qəbələ” – “Qarabağ” görüşünün qısa icmalına baxdıq, həqiqətən də, maraqlı idi. Bu mövsümdən çox şey gözləyirik. İnşallah, hər şey yaxşı olacaq.

– Təşkilatçılıq baxımından PFL yeni mövsümə nə dərəcədə hazırdır? Və bu mövsüm hansı yenilikləri görə biləcəyik?
– Təşkilatçılıq baxımından elə bir ciddi problemimiz yoxdur.  Düzdür,  müəyyən gecikmələrimiz oldu, o da xırda problemlərlə bağlı idi. Növbəti turda hamısı yoluna qoyulacaq. Bu da bəzi məsələlərin açıq qalmasından qaynaqlanırdı.  Məsələn, yayım hüququnun hansı kanala veriləcəyi, Premyer Liqanın sponsorunun, titul sponsorunun hansı şirkət olacağı müəmmalı idi. Bütün bunlar çempionatın startına bir neçə gün qalmış müəyyənləşdiyinə görə müəyyən xırda çatışmazlıqlarımız oldu. Onları da, inşallah, növbəti turlarda yoluna qoyacağıq. Sözün düzü, bu mövsüm elə də çox yenilik gözlənilmir, sadəcə olaraq çempionatımız əvvəl olduğu kimi keçiriləcək. Bu ildən yeniliyimiz o olacaq ki, oyunların çəkilişi daha çox kamera ilə və keyfiyyətli olacaq. Bəzən oyunların vaxtı dəyişdirilir. Konkret olaraq “İnter”-“Neftçi” qarşılaşması yayım məsələsinə görə  15 avqust tarixindən 17 avqust tarixinə təxirə salınıb( masanın üzərində çempionatın təqviminin əks olunduğu broşüranı götürür – Ü.M).  Bunu əvvəlcədən də açıqlamışıq. Yenə deyirəm, yayım məsələsi gec bilindiyindən bunu təqvimdə nəzərə almaq imkanından məhrum idik. Yayımçı şirkətin də bir gündə sadəcə bir oyun göstərmək imkanı olduğundan, məcburuq ki, təqvimdə müəyyən dəyişikliklər edək. Ümid edirəm ki, futbol azarkeşlərimiz və mətbuat nümayəndələri bu durumu anlayışla qarşılayacaq.

(ardı var)

Ürfan Məmmədzadə

Son yazılar

To Top