Maliyyə Nazirliyinin 33 idman federasiyasının illik hesabatı vermədiyi barədə məlumat vermişdik. Bu federasiyalar arasında Peşəkar Futbol Liqasının da adı var idi məsələylə bağlı qurumla əlaqə yaratdıq.
Korner.az-a açıqlamasında PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bunları dedi:
"Xəbəri saytınızda gördükdən sonra maliyyə departamentimizlə əlaqə saxladım və hər şeyin öz qaydasnda olduğunu öyrəndim. Yəqin ki yanlışlıq var. PFL-də belə bir problem yoxdu. Biz illik maliyyə hesabatını vermişik. Saytımnızda məlumatı görüb Maliyyə Nazirliyindəki kuratorumuzla əlaqə saxladıq. Bildirdi ki, PFL-in adı siyahıya yanlışlıqla salınıb. Yəqin ki, sabah bu yanlışlıqla bağlı bizə əlavə məlumat verəcəklər".
