Türkiyə Superliqasında 14-cü tura start verilib
Turun mərkəzi oyunu İstanbulda keçirilib. Burada “Beşiktaş” “Qalatasaray”ı qəbul edib. Matç “qara qartallar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Beşiktaş” – “Qalatasaray” – 3:0
Qollar: Cenk Toun, 46, Duşko Toşiç, 70, Alvaro Neqredo, 90 (3:0)
Bu qələbə ilə “Beşiktaş” “Qalatasaray”la xal fərqini 3-ə endirib.
Qeyd edək ki, turnir cədvəlinə 29 xalla “Qalatasaray” başçılıq edir. “Başakşəhər” 27 xalla 2-ci, “Beşiktaş” 26 xalla 3-cüdür
