AFFA aşağı yaş qrupu üzrə Azərbaycan yığma komandalarının baş məşqçi vəzifələrində dəyişikliklər edib.
Korner.az-ın məlumatına görə, AFFA rəhbərliyinin qərarı ilə U-15 yığmasının baş məşqçisi vəzifəsi Təbriz Həsənova, U-16 yığmasının baş məşqçisi vəzifəsi Aslan Kərimova, U-17 yığmasının baş məşqçisi vəzifəsi Nikolay Adama həvalə edilib.
