Asiyada may və iyundakı bütün oyunlar təxirə salındı
15.04.2020 , 17:29

Asiya Futbol Konfederasiyası (AFC) koronavirus pandemiyasına görə may və iyun ayında keçirilməsi nəzərdə tutulan bütün qarşılaşmaları ləğv edib.
Korner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Asiya ölkələrində pandemiyaya görə tətbiq olunan səyahət məhdudiyyətlərini nəzərə alan AFC may və iyun aylarında keçirilməsi planlaşdırılan bütün oyunları və yarışları təxirə salmağı qərara alıb.
