Futbol üzrə Asiya kubokunda ilk finalçı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, ilk yarımfinal qarşılaşmasında Cənubi Koreya və İraq yığmaları üz-üzə gəlib.
Oyun Cənubi Koreya millisinin qələbəsi ilə başa çatıb. Rəqibinə 2:0 hesabı ilə qalin gələn koreyalılar finala yüksələn ilk yığma olub.
Qeyd edək ki, digər finalçının kimliyinə sabah keçiriləcək Avstraliya – Birləşmiş Ərəb Əmirlikləri görüşündən sonra aydınlıq gələcək.
