Asiya Kubokunda ilk finalçı bəlli oldu
28.01.2019 , 20:53

Futbol üzrə Asiya Kubokunda ilk finalçı müəyyənləşib.
İlk yarımfinal qarşılaşmasında İran və Yaponiya komandaları qarşılaşıb. Oyun Yaponiyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, digər yarımfinal görüşündə Qətər və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaq. Həmin görüş yanvarın 29-da Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Final matçı isə fevralın 1-də baş tutacaq.
