Futbol üzrə Asiya kubokunda ikinci finalçı da müəyyənləşib.
Korner.az-ın məlumatına görə, yarımfinal görüşündə Avstraliya və Birləşmiş Ərəb Əmirliklərinin yığmaları üz-üzə gəlib.
Oyun Avstraliya millisinin qələbəsi ilə başa çatıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Avstraliya yığması finala yüksələn ikinci komanda olub.
Qeyd edək ki, finalda Avstraliya və Cənubi Koreya yığmaları üz-üzə gələcək. Yanvarın 31-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
