Asimin komandası üçün heç-heçə
11.04.2022 , 17:00
Latviya çempionatında V turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” səfərdə “Riqa” üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə başa çatıb.
Asim də bu oyunun iştirakçısı olub. O, 90+2-ci dəqiqədə meydana çıxıb.
“Dauqavpils” hazırda 5 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
